Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd edib.

Mia.az Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, DSX-nin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər: "Bundan sonra düşmən ağır itkilər verərək geri çəkilib".