Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Ankara şəhərində keçirilən “Sonsuz qardaşlıq-1” xüsusi təyinatlı qüvvələr təlimində iştirak edir.
Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, müxtəlif ölkələrdən hərbi qulluqçuların cəlb olunduğu təlim cari ilin sentyabr ayının 22-dək davam edəcək.