“Hazırda Ukrayna ilə yüksək səviyyədə danışıqların perspektivi yoxdur”.

Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

“Hazırda heç bir danışıqlar perspektivini nəzərdən keçirmirik. Bunun üçün heç bir ilkin şərait yoxdur”, - Kreml rəsmisi vurğulayıb.

Eyni zamanda, D.Peskov Rusiya Prezidenti Vladimir Putinin cəbhədəki hər dəyişikliklə bağlı məlumatlandırıldığını qeyd edib: “Xüsusi hərbi əməliyyat davam edir və əvvəl qoyulan məqsədlərə nail olmaq üçün davam edəcək”/Report.

Xatırladaq ki, Ukrayna prezidenti və XİN başçısı dünən bəyanat yayaraq, Rusiya ilə hər hansı bir danışığın olmayacağını bəyan ediblər.

Mia.az