Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, ötən sutka ərzində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub: "Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb".