“Səmərqənddə Putinlə geniş və ətraflı müzakirələrimiz olacaq. Xüsusilə taxıl dəhlzii ilə bağlı fikir mübadiləsi aparacağıq”.

Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrindən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Putin "taxıl kasıb yox, varlı ölkələrə gedir" fikrində haqlıdır: "Bu, belə olmamalıdır. Çünki prioritet kasıb ölkələrin çətin durumda qalmamasıdır. Amma indi vəziyyət elə deyil. Səmərqənddə Putindən xahiş edəcəm ki, Rusiya məhsulları dəhliz vasitəsilə dünya bazarına çıxarılsın”.