Prezident İlham Əliyev “Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 6 mart 2007-ci il tarixli sərəncamında dəyişiklik edib.

Mia.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın tərkibinə "Azərenerji” ASC-nin prezidenti əlavə edilib.

***

Prezident İlham Əliyev “Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 4 iyul 2006-cı il tarixli sərəncamında dəyişiklik edib.

Mia.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın tərkibinə energetika naziri və "Azərenerji” ASC-nin prezidenti əlavə edilib.