Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ-ın dövlət katibi Entoni Blinken ilə görüşüb.

Mia.az xəbər verir ki, görüş zamanı E.Blinken ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının davam edəcəyini bildirib.

O söyləyib ki, Vaşinqton lazım olduğu müddətcə Kiyevi dəstəkləyəcək.

Dövlət katibi, həmçinin V.Zelenskini NATO müttəfiqlərinin Ukraynaya 2,2 milyard dollar uzunmüddətli investisiyalar vermək niyyəti barədə məlumatlandırıb.

Qeyd edək ki, E.Blinken sentyabrın 8-də elan edilmədən Kiyevə səfər edib.

***

ABŞ-ın dövlət katibi Blinken Ukraynanın paytaxtı Kiyevə gedib.

Mia.az xəbər verir ki, o, Kiyevdə Zelenski ilə görüşəcək.

Tərəflərin mövcud vəziyyəti və silah yardımını müzakirə edəcəyi gözlənilir.