Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Mia.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.
***
Avropa İttifaqı Şurasınn Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Ermənistan mətbuatı xəbər verir ki, tərəflər avqustun 31-də baş tutacağı gözlənilən Şarl Mişel, Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçiriləcək üçtərəfli görüşünə toxunublar.
Paşinyan və Mişel dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və danışıqların nəticələrinə ümidvar olduqlarını bildiriblər.
Nikol Paşinyan və Şarl Mişel Ermənistan-Avropa İttifaqı ikitərəfli gündəliyinə dair məsələləri də müzakirə ediblər.