"Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik".

Mia.az xəbər verir ki, bu sözlər Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır: "Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir".

Allah rəhmət eləsin!

***

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun yol qəzasında ölümü ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Araşdırma aparılır.