Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Siyasəti Şöbəsinə yeni rəhbər təyin olunub.
Mia.az-ın xəbərinə görə, yeni təyinat bu gün nazir Səlim Müslümov nazirlikdə baş tutan 1-cü rübün yekunları ilə bağlı kollegiyada elan edib: "Nazirin təqdimatı ilə bu şöbəyə Səbinə Cəfərovanın təyinatı Prezident Adminstrasiyası tərəfindən təsdiqlənib".