Avropa İttifaqının Ali komissarı Cozep Borrel Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonda danışıb.
Mia.az xəbər verir ki, bu barədə Borrel tviterdə paylaşım edib: “Mən Ukrayna taxılının ixracına dair BMT sazişinin təmin edilməsində və Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinin yumşaldılmasında Türkiyənin rolunu vurğuladım. Avropa İttifaqnın sanksiyalarının təsirini müzakirə etdim və ümid edirəm ki, Türkiyə mənasız müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcək”,