Laçında iki hərbçimiz minaya düşüb.

Mia.az xəbər verir ki, bu barədə Qubadlı Hərbi Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 2 hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır: "Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır".