"Bu gün Quba rayonunun Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb".

Bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, hazırda həmin ərazilərə Fövqəladə Hallar Nazirliyinin 3 avtomobili və 1 helikopteri cəlb edilib: "Yanğının söndürülməsi işləri davam etdirilir".

E.Mirzəyev qeyd edib ki, Quba rayonun digər ərazilərində yanğın söndürülüb/Report.