Ukrayna Ordusu Krımda Rusiyanın hərbi qərargahını vurub.

TASS bildirir ki, bu barədə ərazinin “qubernatoru” Mixail Razvojayev məlumat verib.

O, qərargahın PUA ilə vurulduğunu bildirib. Məlumata görə, itki yoxdur.

***

Krım yarımadasındakı Baxçasaray şəhərində partlayış səsləri eşidilib.

Bu barədə UNIAN məlumat yayıb.

Yaxınlıqdakı aerodrom ərazisində havada tüstünün müşahidə olunduğu bildirilib.

Qeyd edək ki, bu, gün ərzində Krım ərazisində qeydə alınan üçüncü partlayışdır.

Daha əvvəl Sevastopol və Yevpatoriya şəhərində oxşar hadisələr baş verib.