Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi işdən çıxarılıb. 

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə dünən Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib. 

Gömrük Komitəsindən “Qafqazinfo”ya bildirilib ki, yayılan məlumat həqiqətə uyğun deyil.