Jurnalist Eynulla Fətullayev Laçının hələ də ermənilərin yaşadığı Zabux kəndinə gedib.

Mia.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədəki hesabında xəbər və foto paylaşıb.

Jurnalist bildirib ki, kənd hələ ki salamatdır: "Amma kəndi silahlı daşnaklarla və millətçilərlə doldurublar. Ermənilərin qərargahına yollanıram".

Xatırladaq ki, Zabuxa qanunsuz yerləşən ermənilər avqustun 25-dək kəndi tamamilə boşaltmalıdır.

Bu barədə Prezident İlham Əliyev də son müsahibəsində açıqlama verib. 

Həmin kəndə tezliklə kəndin tarixi sakinləri - azərbaycanlıların köçürülməsinə başlanacaq.