Müğənni Yaşar Cəlilov yeni "Ay qonşu" adlı mahnısına çəkilən klipi təqdim edib.
Mia.az-ın xəbərinə görə, kompozisiyanın sözləri Azər Şirin, musiqisi Tərlan Məmmədhüseynova məxsus mahnıya rejissor Elmir Süleymanov ekran həyatı verib. Klipin ssenari müəllifi Azər Baxşəliyevdir.
Ekran işinin süjet xətti müğənninin qonşusuna olan sevgisindən bəhs edir. Klip "Bizim Cəbiş müəllim" və "Məhəllə" filmlərinin çəkildiyi həyətdə lentə alınıb. Ekran işində peşəkar aktyor heyəti yer alıb. Klipdə rolları müğənni Y. Cəlilovala yanaşı, Gənc Tamaşaçılar Teatrının aktyorları, əməkdar artist Nəsibə Eldarova (nənə), Natiq Fərzəliyev (satıcı) və Səbinə Məmmədova (qonşu qız) canlandırıb.
Qonşuları ilə yaxşı münasibətdə olduğunu deyən Y. Cəlilov bu mahnını və klipi məhz onlara həsr etdiyini bildirdi. Müğənni mahnını xüsusi şivə ilə oxumasına da aydınlıq gətirdi: "Nahaq yerə demirələr ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Istər yaxşı, istər pis hadisə baş verəndə birinci qonşu yetişir. Elə məhz bu səmimiyyəti əks etdirmək üçün "Ay qonşu” mahnısını Bakı ləhcəsi, şivəsində oxudum. Bizim kalssik ifaçılarımız, sənətkarlarımız da şivə ilə ifa ediblər. Burada heç bir qəbahət yoxdur. Mahnı nə qədər sadə, səmimi olsa insanlar tərəfindən o qədər də asan və tez qəbul edilər”.
Klipin operatorları Rəşad Qarayev, Cavanşir Ağayev, işıqşısı Novruz Novruzov, montaj işi Elnar Həşimov, rəssamı Elnarə Səfərova, qrim ustası Tahirə Əliyeva, kastinq Mehman Məmmədov, təşkitatı işləri isə Sarvan Zamanova məxsusdur.
Xatırladaq ki, "Ay qonşu” Y. Cəlilovun 13-cü klipidir. Ekran işini izləyə bilərsiniz: