Mia.az-ın xəbərinə görə, Əli Abbasov bu dəfə də "ənənəsi"nə sadiq qalıb: "O, bu dəfə də kollegiyanı tele-konfransla keçirib. Maraqlı budur ki, yüksək texologiyalarla öyünən bir nazirliyin rəhbəri kollegiyanı nazirliyin özündən deyil, AMEA-dan idarə edib".
Mia.az-a daxil olan xəbərdə bildirilir ki, "məsafədən idarə olunan" kollegiyada aprelin 1-də nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri təyin olunan Prezident Adminstrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov da işrirak edib: "Amma nazir nə onun, nə də rəhbərlik etdiyi şöbə ilə bağlı hər hansı bir irad və ya təklif səsləndirməyib".
Nazirlikdəki mənbə kollegiyada müzakirə olunan məsələlər haqda da məlumat verib. Bildirib ki, nazir son aylar nazirlikdə yaradılan yeni qurumlarla yanaşı, "Azərpoçt", "Aztelekom" və BTRİB-lə bağlı təklifləri də dinləyib və müəyyən tapşrıqları da verib.
Bu və ya digər müzakirələrlə bağlı yenilikləri Mia.az-dan izləyin!