“Azərbaycan Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri ilə dəstəkləyir”.

Mia.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdəki paylaşımında bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və sadiqliyə əsaslanan strateji tərəfdaşlığa malikdir.