Bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirədə Qarabağldakı vəziyyəti də müzakirəyə çıxarıb.
Mia.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
O bildirib ki, müşavirədə Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə olunub: "Üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Biz vəziyyəti diqqətlə müşahidə edirik. Biz təbii ki, vəziyyətin kəskinləşməsi ilə bağlı narahatıq və tərəfləri təmkinli olmağa və ən əsası üçtərəfli sənədlərin müddəalarının yerinə yetirilməsinə çağırırıq”