Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daha iki qurum əlavə edilib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, Geodeziya və Kartoqrafiya Agentliyi və Geoloji Kəşfiyyat Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.