Prezidentin müvafiq Fərmanına əsasən, 3 ay müddətində AMEA-nın nizamnaməsi hazırlanmalıdır və nizamnamə hazırlandıqdan sonra buna uyğun olaraq AMEA-da prezident seçkisi keçiriləcək.
Bu barədə AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov açıqlama verib.
Akademik xatırladıb ki, Akademiya yarandığı gündən bəri prezident Ümumi Yığıncaqda seçilir: “Bugünkü iclasda Nizamnamə komissiyasına görüləcək işlər barədə tapşırıqlar verildi. Nizamnamə hazırlananda akademiyanın tarixi ənənələri yəqin ki, olduğu kimi saxlanılacaq”/APA.