Türkiyənin Milli Müdafiə Nazirliyi Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücumla bağlı bəyanat yayıb.

Mia.az xəbər verir ki, bu barədə nazirlik tviter hesabnda sərt paylaşım edib.

Bildirilib ki, İraqdakı səlahiyyətli şəxslər diplomatik nümayəndələrin təhlükəsizliyi üçün hər cür qabaqlayıcı addımı atmalıdır: “Mosuldakı Baş konsulluğa hücum nəticəsində kimlərin mülki şəxsləri hədəf aldığını bir daha gördük. Hücumu təşkil edən terrorçular tez və ya gec buna görə cavab verəcəklər. İraqlı qardaşlarımızla terrorla mübarizə və sərhəd təhlükəsizliyi üçün əməkdaşlığa hazırıq.

Terrorçular törətdikləri əməllərə görə məsuliyyət daşıyır. Onların hiylələrini alt-üst edəcək, regionu qana boyamaq xəyalları ilə birlikdə onları qazdıqları quyuya basdıracağıq”.