"Nə qədər ki, imkan var, Rusiya Silahlı Qüvvələri Xersonu tərk etməlidir".

Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak tviterdə paylaşım edib: “Əlbəttə, Antonovski körpüsünü Ukrayna raketlərini vuran Rusiya HHQ-nin vasitəsi adlandıra bilərsiniz, amma reallıqdan qaçmaq mümkün deyil: işğalçılar ya Xersonu tərk etməli, ya da Dnepri üzərək keçməyi öyrənməlidirlər. Üçüncü xəbərdarlıq olmayacaq”/Report

Xatırladaq ki, iyulun 27-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Xersonda yerləşən Antonovski körpüsünə növbəti dəfə zərbə endirib. Bundan sonra Rusiya tərəfi körpü üzərində hərəkətin dayandırıldığını bəyan edib.

Mia.az