Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnaməsində dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.
Mia.az-ın məlumatına görə, fərmana əsasən komitə sədrinin müavinlərinin sayı 2-dən 3-ə qaldırılıb.
***
Bu gün Prezident İlham Əliyev digər bir sərəncamı ilə "Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamında dəyişikliklər edilməsini təmin edib.
Mia.az xəbər verir ki, sərəncamla ASC-də aşağıdakı dəyişikliklər baş verib:
1. "Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 429) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.1-ci və 4.2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
"4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
4.1.1. Cəmiyyətin nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi;
4.1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
4.2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə:
4.2.1. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;
4.2.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
4.2.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
4.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi.”;
1.2. 4.3.2-ci yarımbənd ləğv edilsin;
1.3. 5-ci hissədə "sədrinin” sözündən sonra "və sədr müavinlərinin” sözləri əlavə edilsin;
1.4. 6.1-ci bənddən ", təsdiq olunmaq üçün” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.