“Müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat fənnindən sualların başqa tərəfə verilməsi yolverilməzdir. Bununla bağlı lazımi addımların atılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.
Mia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Təhsil Nazirliyi zərərçəkənlər sıradadır: "Çünki müəllimlə aramızda məxfilik müqaviləsi imzalanır. Müəllif də buna əməl etməlidir”.