Ukrayna ordusu Zaporojye şəhərinə bağlı olan Andreyevka qəsəbəsini rus hərbçilərindən azad edib.
Mia.az Ukrayna mətbuatına istinadla bldirir ki, Ukrayna ordusu qırıcılardan, bombardmançılardan və helikopterlərdən istifadə etməklə Rusiyanın hədəflərinə ağır zərbələr endirib: "Rusiyanın Andreyevka, Beloqorka və Blaqodatnıy ərazilərindəki dayaq məntəqələri vurulub. Və bundan sonra Andreyevka Rusiya hərbçilərindən tamamilə təmizlənib”.
Məlumatda o da deyilir ki, Rusiya ordusu müxtəlif bölgələrdə hücuma cəhd edib: "Ancaq üstünlüyə sahib ola bilməyiblər".
Bu arada Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib ki, torpaqlarımızın azad edilməsi artıq başlayıb: "Bu proses davam edəcək. Bunun daha sürətli davm etməsi üçün bizə daha çox ağır silahlar lazımdır. Silah tədarükü artarsa, uğurlar da artacaq".