“Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin bütün ərazilərinin azad olunması üçün ciddi şəkildə mümkün olan hər şeyi etməyə hazır ovqatdadır”.
Mia.az “Ukraine online”yə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermak açıqlayıb.
O bildirib ki, tezliklə yeni əraziləri işğaldan azad olunması ilə bağlı çoxlu sürprizlər olacaq.
Bu arada Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Belarusun təxribat törədə biləcəyinə diqqəti çəkib: "Belarus istiqamətdən ərazimizə təhlükə var və biz oradakı hərəkətləri diqqətlə izləyirik. Ukrayna hərbçiləri mümkün hücuma hazırdır".