10 icra başçısının yoxlanılması planı var; 2 nəfər pensiyaya göndəriləcək
May ayının ikinci ongünlüyündən başlayaraq, Azərbaycanda 12 icra başçısı vəzifəsini itirəcək.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, həmin icra başçılarından Prezident Administrasiyasına və mətbuata göndərilən çoxsaylı şikayətlər, artıq rəsmiləri hərəkətə gətirib: "Onlara fəaliyyətlərində dönüş yaratmaq, problemləri və narazı insanların şikayətlərini həll etmək üçün bir ay vaxt verilib: "Artıq 6 icra başçısına sonuncu xəbərdarlıq edilib. Onlarla bərabər, daha 6 başçının da vəziyyəti ürəkaşan deyil. Bu müddət ərzində fəaliyyətində dönüş yarada bilməyən başçılar yola salınacaq. Hətta onların bəzilərinin fəaliyyətlərinin yoxlanılması da mümkündür".
Mia.az-ın məlumatlandıran şəxs deyir ki, "vurulması" gözlənilən başçılar arasında Kürdəmir və Xaşmazın icra başçıları (İrşad Əliyevlə Şəmsəddin Xanbabayev yaşları ilə bağlı vəzifələrindən azad olunacaqlar-red) ilə yanaşı, Zərdab, İmişli, Bərdə, Ağcabədi, Biləsuvar, Cəlilabad, Masallı, Goranboy, Göyçay və Abşeronun rəhbərlərinin adı ilk siradadır.
Mia.az
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08