Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, nəhayət, uzun çəkən qeyri-müəyyənliyə son qoyub. O, İmişlidə iki təyinatı rəsmiləşdirib.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, Səlim Müslümov bir neçə direktor sınağından sonra rayonunun Əhalinin Sosial Müdafiə Mərkəzinə direktor təyin edib: «Bu, əslən Naxçıvandan olan 29 yaşlı A.Əliyevdir. Bu cavan oğlan isə təyinatından dərhal sonra 305 nəfərin evinə məktub göndərib ki, aldığınız sosial yardım sizə qanunsuz təyin olunub və geri ödənilməlidir. Bu tələb isə 305 ailəni ayağa qaldırıb. Onlar hər an rayonda aksiyaya əl аta bilərlər”.

Məlumatda o da bildirilir ki, S.Müslümov 34 saylı Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) da yeni baş həkim təyin edib: «TSEK-ə bundan sonra Cavid adlı bir həkim başçılıq edəcək».