Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen Azərbaycana səfərə gəlib.
Mia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri tviterdə yazıb: “Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir. Bu gün mən Azərbaycanda yeni saziş imzalamaq üçün gəlmişəm. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq”.