Rusiya Ukraynanın Vinnitsa şəhərindəki yaşayış məskənin 4 raket zərbəsi endirib.

Mia.az TRT-yə istinadla xəbər verir ki, nəticdə 12 mülki şəxs ölüb, 30-a yaxın yaralanıb.

Məlumata görə, doqquzmərtəbəli binaya düşən raketlərin biri böyük təlafatlara yol açıb, 25-dən çox maşın yanıb, ciddi dağıntılar var.

Son məlumata görə, öğlənlərin sayı 20-yə, yaralıların sayı isə 90 nəfərıə çatıb.

Məlumata görə, ölənlərdən 3-ü uşaqdlr.

****

Son məlumata görə, Vinnitsa şəhərində ölənlərin sayı 22 nəfərə çatıb.

Ukrayna Milli Polisinin açıqlamasına görə, 39 nəfərin taleyindən isə hələ ki xəbər yoxdur: "Onların axtarışları davam etdirilir". 

Vinnitsa şəhərində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq birgünlük matəm elan olunub: "İyulun 15-i Vinnitsa şəhəri və daxil olduğu vilayətdə bayraqlar endiriləcək, hadisənin qurbanları yad ediləcək".