21 ölkə “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsində iştiraka razılıq verib.
Mia.az xəbər verir ki, bu ölkələrin siyahısı belədir: Albaniya, Almaniya, Avstriya, Belçika, Böyük Britaniya, Danimarka, Finlandiya, Fransa, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Niderland, Norveç, Polşa, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.
Yarışa Böyük Britaniyanın ev sahibliyi etməsi gözlənir.
Novator.az bildirir ki, ictimai teleradioları bir araya gətirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında İrlandiya 7, İsveç 6, Böyük Britaniya, Fransa, Lüksemburq, Niderland 5, İsrail 4, Danimarka, İtaliya, Norveç, Ukrayna 3, Almaniya, Avstriya, İspaniya, İsveçrə 2, Azərbaycan, Belçika, Estoniya, Finlandiya, Latviya, Monako, Portuqaliya, Rusiya, Serbiya, Türkiyə, Yuqoslaviya, Yunanıstan 1 dəfə qalib olub.
Azərbaycan qatıldığı 14 “Avroviziya” yarışının 13-də finala çıxıb. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.
“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib.