Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsində yoxlamalar aparıb. 

Mia.az demokratiya.info-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl yoxlamaların nəticəsi ilə bağlı hesabat daxili işlər naziri Ramil Usubova təqdim edilib. Balakən RPŞ-də yol verilmiş ciddi nöqsanlar nəzərə alınaraq, rəis, polis polkovniki Rasim Mustafayev də daxil olmaqla, bir qrup əməkdaş barəsində intizam tənbehi tədbirləri görülüb.

Qeyd edək ki, bir müddət əvvəl KİV-də Balakən Rayon Polis Şöbəsinin İtitala kəndi üzrə sahə müvəkkili, polis kapitanı Vüqar Filiyevin həbs edilməsi barədə məlumat yayılmışdı.