"Ukrayna aviasiyası və raket-artilleriya bölmələri Rusiya ordusunun sursat anbarlarını, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi əraziləri atəşə tutmaqda davam edir”.
Mia.az xəbər verir ki, bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş QərargahInın döyüş zonasındakı faktiki vəziyyətlə bağlı açıqlamasında qeyd olunub.
Bildirilib ki, bir çox ərazilərdə vəziyyət olduğu kimi qalır: "Xarkov şəhərinin rayonlarını və Ruski Tışki, Bezruki, Dementivka, Lisne, Slatine, Prudyanka, Zoloçiv yaşayış məntəqələri artilleriya və raket atəşinə atəşə tutulub. Ukraynalı müdafiəçilər düşmənin Dementivka istiqamətindəki hücum cəhdinin qarşısını alıblar. Slavyansk istiqamətində düşmən bölmələri Mazanivka, İvanivka, Dolina ərazilərində taktiki mövqeləri yaxşılaşdırmaq məqsədilə hücum əməliyyatlarını davam etdiriblər. Bu yaşayış məntəqələri istiqamətində düşmənin bütün hərəkətləri nəticəsiz qalıb. Qarşı tərəf Çepil, Velyka Komışuvax, Barvinkove, Dibrovne, Mazanivka, Boqorodiçnıe və Adamivka yaşayış məntəqələrinin ərazilərini lüləli artilleriya və raket atəşi sistemlərindən atəşə tutub".