Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mia.az FHN-ə istinadla xəbər verir ki, ilkin məlumata əsasən, təqribən 700 m² sahədə quru ot və ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Mia.az FHN-ə istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.