"Rusiyanın Su-30 qırıcıları Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir MiQ-29 təyyarəsini Nikolayev yaxınlığında və bir Su-25 təyyarəsini Donestkin Adamivka yaşayış məntəqəsi ərazisində vurub".
Mia.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
Bildirilib ki, savaş başlayandan bu yana qədər Ukraynanın 234 təyyarəsi, 137 helikopteri, 1479 PUA-sı sıradan çıxarılıb.