Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 36650 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1602 ədəd tankı, 3797 ədəd zirehli döyüş maşını, 815 ədəd artilleriya sistemi, 247 RYAS-i (reaktiv yaylım atəş sistemi), 107 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 187 helikopteri, 2665 ədəd nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 667 ədəd dronu, 155 qanadlı raket və 66 ədəd xüsusi texnikası məhv edilib".