Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin XİN başçısı Ann Linde NATO-ya daxil olmaq barədə protokollar imzalayıblar.
Mia.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Oana Lunqesku tviter hesabında paylaşım edib.
Alyansın Baş katibi Yens Stoltenberq isə mərasimdə deyib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük müddəti rəsmi olaraq başlayıb: “Bu gün yaxşı gündür. Masa ətrafındakı 32 dövlətlə daha da güclü olacağıq. On illərin ən ciddi təhlükəsizlk böhranı ilə qarşı-qarşıyaykən özümüzü daha təhlükəsizlik hiss edəcəyik”.