Rusiya hərbçiləri Ukraynanın Lisiçansk şəhəri və ona bitişik bir sıra ərazilər ələ keçirib.

Mia.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib.

O bildirib ki, artıq şəhər tam nəzarətə götürülüb.

Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah faktı təsdiqləyib.

Bildirilib ki, Ukraynalı müdafiəçilərin həyatını xilas etmək üçün geri çəkilməyə məcbur olublar.