“Minsk razılaşmaları Kiyevə Ukrayna dövlətini saxlamağa imkan verirdi”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova teleqram kanalında bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın “Yeni Minsk razılaşmalarının bağlanmasına yol vermək olmaz” fikrinə cavabında Rusiya XİN rəsmisi deyib:

“Minsk razılaşmaları dövləti qorumaq üçün bir şans idi, lakin Ukrayna Prezidenti Volodimir Zelenski bunu açıq şəkildə rədd etdi və Ukrayna üçün ikinci belə şans olmayacaq”/Report.

Xatırladaq ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib ki, Ukrayna Rusiya savaşından mütləq qələbə qazanmalıdır: "Kiyevə aşkar qələbə lazımdır, ona görə də yeni Minsk razılaşmalarının bağlanmasına yol vermək olmaz. Rusiya prezidenti Vladimir Putin qüvvələrini yenidən toplaya və hücuma keçə bilər. Ona görə də biz yeni Minsk razılaşmasını qəbul edə bilmərik. Ukraynaya öz təhlükəsizliyini bərpa edəcək xalis qələbə lazımdır”.

Mia.az