Madriddə Türkiyə və ABŞ prezidentləri arasında görüş olub.
Mia.az xəbər verir ki, 1 saat 10 dəqiqə davam edən görüşdə Bayden Ərdoğana İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib. O, eyni zamanda, Türkiyə Prezidentinə Ukrayna taxılının ixracını təmin etmək səylərini təqdir etdiyini deyib.
Ərdoğan isə bildiirb ki, NATO-nun güclənməsinə yönəlmiş addımlar Rusiya və Ukrayna arasında münaqişənin həlli prosesinə xüsusi töhfə verəcək: "Türkiyə Ukrayna ilə bağlı tarazlığı qoruyan siyasət yürüdür. Düşünürəm ki, diplomatik və balanslı siyasətlə taxıl dəhlizi problemini həl edə bilərik. Biz bu səylərimizin müsbət nəticələr verəcəyinə ümid edirik".