ABŞ Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.

Mia.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi açıqlama yayıb.

Bildirib ki, Rusiyadan qızıl idxalına qadağa ilə yanaşı, daha 51 fiziki şəxs və 110 şirkət də "Qara siyahı"ya daxil edilib: "Onların arasında jurnalist Tina Kandelakidən tutmuş,  “Kamaz” kimi iri şirkətlərin də adları var".