Naxçıvanda Talıbovlara məxsus olan "Gəmiqaya Holdinq”də yoxlamalara başlanıb.
Məlumata görə, artıq holdinq demək olar ki, tikinti işlərini və bir neçə sahədə istehsalını dayandırıb. "Gəmiqayanın” "Cahan Holdinq” və "Dizayn” MMC arasında bölüşdürüləcəyi bildirilir.
Mənbə "Gəmiqaya” Holdinqin ortağı Türkiyəli iş adamı Emin Uçar haqqında da müxtəlif söz-söhbətlərin ortaya çıxdığı, son zamanlar ortalarda görünmədiyi və hətta həbs olunması ilə bağlı xəbərlər yayıldığını bildirir.
Məlumatda qeyd olunur ki, türkiyəli kürd mənşəli işçilərin Vasif Talıbov tərəfindən Naxçıvandan çıxarılması əhali arasında müsbət qarşılansa da, MR Daxili Işlər naziri Əhməd Əhmədovu ciddi narahat edib və bu səbəbdən adı çəkilən şəxslər arasında müəyyən gərginlik yaranıb(moderator.az ).