"Yaşadığım binanın qarşısında kameralar açıldı, həyətdə olmayıb. Həmin gün ad gününə getmişdim, şəhərdə mərkəzdə olan yeraltı dayanacqda idi. Oradan da tapılmadı".

Bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Şourum" proqramında deyib. Sənətçi bir neçə gün əvvəl maşınını cızıb ziyan vuran şəxsin tapılmadığını açıqlayıb: "Maşınım gözünüzə girir, camaat təyyarə sürür. Görün maşınımı necə cızıblar, Allah bəlanızı versin. Ürəklə cızıblar. Fikirləşirəm filankəs, o, bu edər. Məni sevən olduğu qədər, sevməyən də var. O dünyada biləcəm kim edib bunu. Məni sakit oturmağa qoymurlar. Dəmir parçasıdır, düzəltdirəcəm. Siz rahatladınız?".