"Hazırda Severodonetsk uğurunda həlledici döyüşlər gedir".

Bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar yerli telekanalın efirində bildirib.

O qeyd edib ki, Rusiya 26 iyunadək Luqansk vilayətinin sərhədlərinə çıxmağı planlaşdırır.

Malyar əlavə edib ki, Lisiçanskın və Severodonetskin müdafiəsini təşkil edən Ukrayna qüvvələrinin bir qrupu Rusiya hərbçilərinin mühasirəsinə düşüb: “Biz başa düşməliyik ki, düşmənin silah üstünlüyü var və vəziyyət mürəkkəbdir. İndi həlledici döyüşlər maksimum intensivlikdədir”/APA