Azərbaycan Hərbi Hava və Dəniz qüvvələrinin qatıldığı “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Konyada keçirilən təlimə Türkiyə, Azərbaycan, Böyük Britaniya, İordaniya və Pakistan hərbçiləri də qatılıb.