"Avropa İttifaqı NATO kimi hərbi ittifaq deyil"

Mia.az NTV-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumundakı çıxışında Ukraynaın Avropa İttifaqında namizədlik statusu almasına münasibətdə deyib. 

O bildirib ki, Rusiya Ukraynaın NATO-ya üzvlüyü ilə barışa bilməzdi: "Ukraynanın istənilən iqtisadi birliklərə inteqrasiyası öz işləridir. Biz heç vaxt Ukraynanın Avropa İttifaqına daxil olmasının əleyhinə olmamışıq. NATO-ya üzvlük iddiası isə bizim təhlükəsizliyimizə təhdiddir".