"Ukraynanın bir hissəsinin ələ keçirilməsi illüziyadır və mən bunu Putinə dedim. Məsələn, Rusiyaya qarşı sanksiyalar ölkə Ukrayna ilə ədalətli razılığa gələnə qədər qüvvədə qalacaq. Bu sülh şərtlərini xalq, parlament, Ukrayna Prezidenti həll edəcək".
Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts Ukraynanın paytaxtı Kiyevə səfərindən sonra deyib.
O, bildirib ki, Almaniya rəsmi Moskvanın birtərəfli qaydada qoyduğu şərtlərlə sülhü rədd edir: “Putinin şərtləri ilə sülh mümkün deyil. Rusiyanın Ukraynanın bir hissəsini amansız zorakılıqla ələ keçirmək" planından və "ölkələrin sərhədlərinin dəyişdirilməsinə dair imperialist konsepsiyasından" imtina etməsini təmin etmək lazımdır".