Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 33150 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1456 ədəd tankı, 3 563 ədəd zirehli döyüş maşını, 734 ədəd artilleriya sistemi, 233 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 97 hava hücumundan müdafiə sistemi, 215 ədəd hərbi təyyarəsi, 180 ədəd helikopteri, 2 496 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 593 ədəd dronu, 129 qanadlı raketi və 55 ədəd xüsusi texnikası məhv edilib".